İtaliya hökuməti iki kurs üzrə təqaüdlər təlkif edir 

15:20 16.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi 2020-2021 Akademik ili üçün La Scala Teatrının Tamaşanın Sənəti Akademiyası tərəfindən təşkil edilən iki kurs üzrə təqaüdlər təklif edir.

Hafta.az yazır ki, təkliflər aşağıdakəlardır:

1. Opera ifası üzrə təkmilləşmə kursu (2019-2020 Akademik ilində təqaüd qazanan tələbələrin təqaüdlərinin yenilənməsi).

Birinci təqaüd təklifi 2019-2020 Akademik ili üzrə Akademiyanın təşkil etdiyi opera kursunun birinci ilini uğurla tamamlayıb yenidən təqaüd əldə etməyə haqq qazanan gənc opera ifaçıları üçün hər biri 9 ay müddətinə olmaqla nəzərdə tutulan 8 təqaüddən ibarətdir. Təqaüdün müddəti 1 yanvar 2021-ci ildən başlayır.

2. "Performing Arts Management" ixtisası üzrə magistratura kursu.

"Performing Arts Management" ixtisası üzrə Magistratura kursu üçün 9 təqaüd nəzərdə tutulub. Bu təqaüd proqramı Aİ üzvü olmayan ölkələrin nazimədləri üçün 15 sentyabradək, Aİ üzvü olan ölkələrin namizədləri üçün isə 28 sentyabra qədər açıq olacaq. Hər biri 6 ay müddətinə təqdim edilən bu 9 təqaüd 1 yanvar 2021-ci ildən başlayacaq. Magistr proqramının məqsədi canlı tamaşa üçün xüsusi idarəetmə və iqtisadi bacarıqlara malik yüksək səviyyəli mütəxəssislər hazırlamaqdır.

Master təqaüd proqramı üçün La Scala Teatrının Tamaşanın Sənəti Akademiyasının rəsmi saytına baxa bilərsiniz:
➡️https://www.accademialascala.it/management/master-in-performing-artsmanagement/

Həmin saytda təqaüdə müraciət ünvanlamaq istəyənlər öz namizədliyini təqdim edə bilərlər.

Oxunma sayı 791