ABŞ-da atışma olub, 2 nəfər ağır yaralanıb

10:25 13.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Los-Anceles dairəsi şerifinin iki müavini hücum nəticəsində çoxsaylı güllə yarası alıb.

Bu barədə dairə şerifinin ofisi öz "Twitter" səhifəsində bildirib.

Məlumatda deyilir: "Şerifimizin iki müavinin Kompton şəhərində (Kaliforniya ştatının Los-Anceles dairəsi) güllələnərək yaralandı və yerli xəstəxanaya çatdırılıb".

Bildirilib ki, hər iki müavinin vəziyyəti ağırdır və əməliyyat olunacaqlar.

Patrul avtomobilinə edilən hücumun iştirakçıları hələ müəyyənləşdirilməyib.

Oxunma sayı 1822