ABŞ və Böyük Britaniya körfəzdə hərbi təlimlərə başlayıblar

13:31 13.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ və Böyük Britaniyanın körfəzdəki gəmiləri hərbi təlimlərə başlayıblar.

Bu barədə məlumatı ABŞ-ın regiondakı hərbi dəniz qüvvələrinin komandanı Cefri Morqantaller yayıb. O bildirib ki, təlimlərdə körfəzin minalardan təmizlənməsi taktikası həyata keçiriləcək.

ABŞ-ın Həbi Dəniz Donanmasının saytında isə qeyd olunub ki, körfəzdə keçirilən “Exercise 2020” hərbi təlimlərinin məqsədindən biri də ondan ibarətdir ki, ticarət gəmilərinin təhlükəsizliyi təmin edilsin.

Təlimlərə ABŞ və Böyük Britaniyanın regionda yerləşdirdikləri hərbi hissələrə aid helikopterlər, patrul katerləri, sualtı əməliyyatlar üçün xüsusi hərbi hissələr cəlb olunub. Təlimlərin nə qədər davam edəcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, İranın hərbi dəniz qüvvələri də təlimlər keçirir. Dünən İran dənizçiləri yanlışlıqla özlərinə məxsus hərbi gəmini raketlə vurub partladıblar ki, nəticədə 20 dənizçı həlak olub.

Oxunma sayı 231