Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların qrafikində dəyişiklik edilib

23:00 06.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin müraciətlərini nəzərə alaraq, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edib.

QSC-dən hafta.az-a verilən məlumata görə, məqsəd karantin müddətində qatarların hərəkət cədvəlinin fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının iş saatı ilə uyğunlaşdırılması və vətəndaşların gediş-gəlişinin daha səmərəli təşkilidir. Bu dəyişiklik aprelin 7-dən karantin müddəti bitənədək qüvvədə olacaq.

 
Oxunma sayı 233
Sosial rubrikasından digər xəbərlər