Abşeronda liftin 5 min manatlıq mühərriki oğurlandı

16:49 21.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeronda liftdə oğurluq hadisəsi baş verib.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də rayon ərazisindəki binalardan birinin liftinin 5 000 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş D.Bağırov və Göyçay rayon sakini P.İsmayılov saxlanılıb.

Oxunma sayı 2851