Abxaziya və Cənubi Osetiya münaqişələrinin beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdarıq - XİN

16:36 07.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həllinə tərəfdardır”.

Hafta.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi twitter hesabında bildirib:

“Azərbaycan və Gürcüstan bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığını dəstəkləyən strateji tərəfdaşdırlar. Azərbaycan Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında razılaşdırılmış formatda sülh yolu ilə həllinə tərəfdardır”.

Oxunma sayı 3088
Siyasət rubrikasından digər xəbərlər