Açılmalara gedəndə yoluxmada artmalar ola bilər - TƏBİB

11:28 15.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Vətəndaşlarımızı gündəlik yoluxma saylarında kiçik artmalar narahat edir”.

Hafta.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Yaqut Qarayeva bildirib ki, amma buna hazırlıqlı olmalıyıq:

“Biz açılmalara gedəndə gigiyenik qaydalara riayət etsək, rəqəmləri bu səviyyədə saxlaya biləcəyik. Ümumi ölkə üzrə çarpayıların doluluğu 14% təşkil edir. Çarpayı fondumuzda heç bir problem yoxdur. Açılmalara gedəndə rəqəmlərdə artmalar ola bilər. Əsas odur, bu rəqəmlər nəzarətdə saxlanıla bilsin”.

Oxunma sayı 1283