Ağcabədidə bir neçə ev yanıb

22:19 28.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədidə bir neçə evdə yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonda bir-birinə bitişik tikilən ümumi sahəsi 72 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 36 m² sahədə, ümumi sahəsi 92 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 50 m² sahədə, ümumi sahəsi 83 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 60 m² sahədə, ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Evlərin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 2367