Ağdam sakininin evinə mərmi düşüb

23:52 27.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənilər Azərbaycanın mülki əhalisini hədəfə almaqda davam edirlər.

APA-nın Qarabağ bürosunun məlumatına görə, işağlçı ordunun atdığı mərmilərdən biri Ağdam rayonunun Çəmənli kənd sakini Əsədov Zahid Məhərrəm oğlunun həyətinə düşüb.

Nəticədə Z.Əsədova məxsus ev və "VAZ 2107" markalı avtomobil yararsız hala düşüb.

Qeyd edək ki, Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanda bir ailənin 5 üzvü isə həlak olub. Mülki əhalinin atəşə tutulması nəticəsində 19 dinc sakin yaralanıb. Eyni zamanda onlarla şəxsi mülkiyyətə ziyan dəyib.

Oxunma sayı 890
Sosial rubrikasından digər xəbərlər