Ağstafa 4 tondan çox çətənə kolu məhv edilib

17:42 12.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Soyuq Bulaqlar qəsəbəsi ərazisində 1,2 hektar sahədə yabanı halda bitmiş və ümumi çəkisi 4 ton 230 kiloqram olan 4700 çətənə kolu aşkarlayıblar.

Çətənə kolları yandırılaraq məhv edilib.

Oxunma sayı 2425