“Al Jazeera” İranın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı ölkə rəsmisinin fikirlərinin yer aldığı məqalə yayıb

15:07 01.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Al Jazeera” telekanalının saytında İranın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı ölkənin yüksək səviyyəli rəsmisinin fikirlərinin yer aldığı məqalə dərc edilib.

Hafta.az xəbər verir ki, məqalədə İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaeziyə istinadla rəsmi Tehranın həmişə qonşu Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və ona hörmət etdiyi bildirilir. İran rəsmisi ölkəsinin Ermənistana silah və hərbi texnika göndərməsi barədə yayılan xəbərləri də təkzib edib. O əlavə edib ki, bu, İranla Azərbaycan arasındakı münasibətlərə xələl gətirmək üçün yayılan tamamilə əsassız şayiələrdir.

Yazıda, həmçinin İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin bu mövzuda yayılan xəbərləri təkzib edərək, İran İslam Respublikasının heç zaman öz torpaqlarından silah və sursat daşımaq üçün istifadə edilməsinə icazə verməyəcəyi ilə bağlı fikirləri yer alıb.

Oxunma sayı 856
Siyasət rubrikasından digər xəbərlər