Alimlər ayaq ölçüsü ilə ömür arasında əlaqə olduğunu müəyyənləşdirdi

11:05 02.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ayağın ölçüsü ilə insan ömrünün uzunluğu arasında əlaqə var. Böyük Britaniyadakı Kembric universitetinin alimlərinin gəldiyi qənaət belədir.

Hafta.az sm-news.ru agentliyinə istinadla xəbər verir ki, iki il davam edən tədqiqatların gedişi zamanı alimlər 3 min nəfərin məlumatlarını araşdırıblar.

Mütəxəssislərin apardıqları tədqiqata görə, 38 ölçülü ayaqqabı geyinən qadınlar və 42 ölçülü ayaqqabı geyinən kişilər daha uzun yaşayırlar. Onların hər biri orta hesabla müvafiq olaraq 84 və 82 ilə qədər ömür sürürlər.

Ayaq ölçüləri 35 və 42 olan qadınlar ən qısa həyat yaşayırlar – onların ömrü orta hesabla 68-69 ildir. Kişilər arasında isə ən qısa ömür 45 ölçülü ayaqqabı geyinənlərə məxsusdur və onlar 67-69 il ömür sürürlər. 38 ölçülü ayaqqabı geyinən kişilər isə 68-69 il yaşayırlar.

Oxunma sayı 1599
Dünya rubrikasından digər xəbərlər