Almaniyada sürətlə “almansızlaşma” prosesi gedir

17:08 07.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniya Federal Ailə Məsələləri Nazirliyinin məlumatına görə, ölkədəki məktəbəqədər müəssisələrdə (uşaq bağçaları və körpələr evi) tərbiyə alanların 21,4 faizi ana dili alman dilindən fərqli olan ailələrdə böyüyür. Məktəbəqədər müəssisələrdə tərbiyə alan 3,2 milyon uşağın təqribən 675 mini evdə alman dilində danışmır. Müqayisə üçün xatırladaq ki, 2017-ci ildə Almaniyanın uşaq bağçalarında tərbiyə alanların 18,7 faizi, 2018-ci ildə isə 19,4 faizi miqrant ailələrindən olan uşaqlar idi.

AFR hökuməti körpələrin dil inteqrasiyası proqramları üçün uşaq bağçalarının hərəsinə 25 min avro vəsait ayırmaq niyyətindədir. Təhsil Nazirliyi bu yaxınlarda bildirib ki, yetkinlik yaşına çatmış 6,2 milyon Almaniya sakini alman dilində səhvsiz yazıb oxumaq üçün bu dili yetərincə bilmir. Maraqlıdır ki, belə sakinlərin yarıdan çoxu etnik almanlardır.

Oxunma sayı 4041