Altı ayda Azərbaycanın tranzit potensialı 8 mindən çox nəqliyyat vasitəsi artıb

13:24 16.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Altı ayda Azərbaycanın tranzit potensialı 8 mindən çox nəqliyyat vasitəsi artıb.

Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Komitə sədri qeyd edib ki, bu sahədə görülmüş qabaqlayıcı tədbirlər nəticəsində tranzit potensialı 6 ayda keçən ilin müvafiq dövrünə nisbətən 8 mindən çox nəqliyyat vasitəsi artıb. İdxal əməliyyatları üzrə də 5 min nəqliyyat vasitəsinin artımı müşahidə olunur. Həm ixrac və idxal, həm də tranzit əlaqələri qorunub saxlanılıb. Ticarət həcmi idxal əməliyyatları üzrə 4,9 milyard dollar təşkil edir və keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 29 milyon dollar azdır. Əgər biz keçən il Dövlət Neft Fondunun gətirdiyi qızılı nəzərə almasaq, ümumi idxalımızda 5,2 faiz civarında azalma tendensiyası gedir. İxrac əməliyyatları isə bu ilin 6 ayında 7 milyard 686 milyon dollar olub. İxrac əməliyyatlarının azalma tendensiyası 23 faiz təşkil edir. Ümumilikdə qeyri-neft sektoru üzrə ixrac əməliyyatları 911 milyon dollar olub ki, bu da keçən illə müqayisədə 67,5 milyon dollar azdır. Amma idxal və ixracın strukturuna baxdığımız zaman pandemiyadan asılı olaraq müəyyən dəyişikliklərin baş verdiyini görərik.

S.Mehdiyev deyib ki, idxalda əsasən 296 milyon dollarlıq mallar, 27-ci qrupa aid olan neft, neft məhsulları, sürtkü yağları və yanacaq vasitələri olub ki, bu da 67 faiz azalma təşkil edir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə büdcə daxilolmalarında 66 milyon manat azalma bu pozisiyada olub. İkinci yerdə 86-cı mal qrupunda lokomotivlər, xüsusilə dəmir yolu avadanlıqları 35 milyon manat azalıb və büdcə daxilolmalarında bu mövqe üzərində 89 faiz azalma baş verib. Ümumilikdə nəqliyyat vasitələri, maşın və mexanizmlərin gətirilməsi sahəsində, tütün məmulatlarında da 50 milyon manat azalma olub. Lakin pandemiya dövründə ərzaq təhlükəsizliyi sahəsində qabaqlayıcı tədbirlər nəticəsində idxalın ərzaq məhsulları üzrə artımı hesabına 34 faizə qədər artım əldə edilib.

Oxunma sayı 1932