AMEA-nın professoru və xanımı koronavirusa yoluxdu

16:51 02.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun Nəzəri Dilçilik şöbəsinin müdiri, elmlər doktoru, professor İdris Abbasov koronavirusa yoluxub.

Hafta.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

O, həmçinin həyat yoldaşının da koronavirusa yoluxduğunu qeyd edib.

"Ev şəraitində beşinci sistemden sonra vəziyyətim sabitdir. Həyat yoldaşımın səkkizinci sistemdən sonra da boğulmaları tez-tez tutur. Evdə hökm sürən gərginlik təbii ki, uşaqlara da travmadır. Real şərait onları da müalicə prosesinin vacib subyektlərinə çevirib", - deyə İ.Abbasov yazıb.

Oxunma sayı 1703