Amerika Birləşmiş Ştatları ilə bizim münasibətlərimiz çox böyük əhəmiyyət daşıyır - Prezident

17:34 16.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerika Birləşmiş Ştatları ilə bizim münasibətlərimiz çox böyük əhəmiyyət daşıyır və bu münasibətlərin böyük tarixi var. Həm siyasi, iqtisadi, enerji sahələrində, həm də təhlükəsizlik sahəsində çox yaxşı nəticələr var. Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyalarda göstərdiyi səylər Amerika tərəfindən yüksək qiymətləndirilir. Bildiyiniz kimi, Azərbaycan üzərindən çox önəmli nəqliyyat dəhlizi keçir və buna Şimal Nəqliyyat Dəhlizi deyilir. Əslində, bu, hava nəqliyyatıdır və yüklərin təhlükəsiz şəkildə nəql edilməsi bu gün hər bir ölkə üçün çox önəmlidir.

Bu fikirləri Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən səsləndirib. Onun sözlərinə görə, bizim siyasi münasibətlərimizin inkişafına gəldikdə, hesab edirəm ki, bu gün bu münasibətlər çox yaxşı səviyyədədir:

"Prezident Trampın mənə göndərdiyi bir çox məktublarda Amerika Birləşmiş Ştatlarının Azərbaycana xoş münasibəti öz əksini tapıb. Son məktubunda qeyd etmişdi ki, bizim iki böyük dövlətimiz birlikdə bundan sonra da çalışacaqdır.

Mənim də Prezident Trampa göndərdiyim məktublarda bizim münasibətlərimizin əhəmiyyəti qeyd olunur və əminəm ki, bundan sonra da bu əlaqələr uğurla inkişaf edəcək. Hesab edirəm ki, bu əlaqələrin gələcəyi çox müsbət olacaqdır".

Oxunma sayı 1186
Gündəm rubrikasından digər xəbərlər