Amerikalı milyarderlər pandemiya dövründə yüz milyardlarla dollar gəlir əldə edib

13:49 22.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası fonunda amerikalı milyarderlər yüz milyardlarla dollar gəlir əldə edib.

Hafta.az Trend-ə istinadən bildirir ki, mart-may ayları arasında ABŞ-ın 600 ən zəngin şəxsinin sərvəti 15 faiz, 2,9 trilyon dollardan 3,3 trilyon dollaradək artıb.

Ən çox gəlir əldə edən şəxslər arasında "Amazon" internet platformasının təsisçisi Ceff Bezos və "Facebook" şirkətinin sahibi Mark Zukerberq liderlik edir. Pandemiya dövründə onlar müvafiq olaraq 34,6 milyard və 25 milyard dollar gəlir əldə edib.

"Tesla" şirkətinin təsisçisi İlon Mask öz sərvətini 48 faiz artırıb.

C.Bezosun sərvəti 150 milyard, M.Zukerberqin sərvəti 87,3 milyard, İ.Maskın sərvəti isə 36 milyard dollar təşkil edir.

Oxunma sayı 230