Angela Merkel karantinə alındı

23:54 22.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniya kansleri Angela Merkel karonavirus şübhəsi ilə  karantinə alınıb.

Hafta.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə kanslerin mətbuat katibi Steffen Seibert məlumat verib.

Steffen Seibert   bildirib ki, bir neçə gün öncə pnevmaniya infeksiyası ilə bağlı Angela Merkelə peyvənd edən həkimdə virusa yoluxma aşkar edilib. Həkim martın 20-də Almaniya kanslerinə peyvənd edib.

Qarşıdakı günlərdə kansler müvafiq yoxlamalardan keçəcək və evdən iş fəaliyyətinə davam edəcək.