“Anna Akopyana hər bir Azərbaycan xanımının verəcəyi tək bir cavab var...” - Politoloq

13:43 21.09.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İşğalçı Ermənistan Azərbaycana qarşı  yeni müharibəyə hazırlaşır. Ordudakı çatışmazlıqları müxtəlif yollarla həll etməyə çalışan Ermənistan rəsmiləri əhalini silahlandırır, kadr çatışmazlıqlarını həll etmək üçün qanunsuz köçürmə siyasətindən istifadə edirlər. Beynəlxalq hüquqa məhəl qoymayan Ermənistan baş nazirinin həyat yoldaşı, "Qadınlar sülh uğrunda " təşəbbüsün müəllifi Anna Akopyanın bu irticaçı proseslərdə yaxından iştirak etməsi xüsusi ilə diqqət çəkir.  Belə ki, bu gün erməni Anna Akopyan Azərbaycan torpaqları hesabına öz ərazilərini daha da genişləndirmək, daha çox qan tökmək üçün qadınları savaşa cəlb etməkdədir. Xəbər verildiyi kimi, artıq Akopyan növbəti dəfə qadınlar üçün hərbi təlimlər keçirməyi planlaşdırıb. 

Erməni qadınının torpaq iddiası ilə müharibə hərisliyinin cavabı necə verilməlidir?

Türkiyədə fəaliyyət göstərən “Wörd Ponarama” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ramiyə Məmmədova “Həftə içi”nə şərhində erməni təcavüzkarlığının, məkrli xislətinin onun qadın, ya kişi olmasına təsir etmədiyini deyib. Politoloq hesab edir ki, başqasının ərazisinə, mədəniyyətinə göz dikib, hər zaman işğalçı, yırtıcı mövqedə dayanan erməni qadının sülhdən danışmağa haqqı yoxdur: 

“Sülhdən danışan ölkənin bu rəsmi xanımı birinci növbədə Azərbaycan torpaqlarını  dərhal boşaltmağı və sülh danışıqlarında konstruktiv mövqe sərgiləməyi təbliğ etməlidir. Əksinə, Akopyan Qarabağa gəlib silahı Azərbaycana tərəf tuşlamaqla, qadınları hərbi təlimlərə dəvət etməklə regionda sülhün deyil, münaqişənin davam etməsinə maraq göstərir. Görünən odur ki, Ermənistan nə danışıqlara, nə də beynəlxalq hüquqa məhəl qoymur. Erməni terrorçuları işğal etdikləri Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparır və müharibənin daha da qızışmasına, alovlanmasına yeni şərait yaradırlar. Heç şübhəsiz ki, tarixdə böyük döyüşçü qadın sərkərdələri, amazonları ilə yadda qalan Azərbayacan nə qədər sülhsevər olsa da, özünü belə vəhşi niyyətli vandallardan qoruya biləcək gücə, imkana sahibdir.

Belə "sülhsevər" qadının simasında olan Ermənistanın baş nazirinin həyat yoldaşı əri Paşinyan kimi oyun oynamağa, qan tôkməyə, dinc əhalini qanına qəltan etməyə və işğal etdikləri  "torpaqları  qorumaga çalışdığını"  göstərməkdən heç də  çəkinmir”.

Politoloq hesab edir ki, Akopyanın qadın alayının başında duraraq Qarabağda 7 günlük təlim keçməsi və bu gün də o təlimləri davam etdirmək niyyəti bütün dünyaya, “biz işgalçıyıq və elə də qalacağıq” ideyasını bəyan edir. Bu, bir ana, qadın üçün ən böyük utancdır:

“Akopyanın bu cür hərəkətinə qarşı hər bir Azərbaycan xanımının verəcəyi tək bir cavab var: Sənin oğluna verdiyin tərbiyənin cavabı bizim oğullarımızın tək Dağlıg Qarabagda deyil, Ermənistanın paytaxtında Azərbaycanın şanlı bayrağının dalğalandırması olacaqdır”.

Oxunma sayı 2967
Siyasət rubrikasından digər xəbərlər