Aqil Abbas Şuşanın 270 illiyini keçirməyi təklif etdi

12:34 05.06.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

"Qarşıdan Şuşanın 270 illiyi gəlir. Ancaq bu məsələ barədə məlumat yoxdur. Təklif edirəm ki, Şuşanın ildönümünü qeyd edək...”.

“Həftə içi”nin parlament müxbirinin verdiyi məlumata görə,  bu təkliflə  Milli Məclisin bu gün keçirilən plenar iclasında  deputat Aqil Abbas çıxış edib. O, çıxışı zamanı Tarix institutunu tənqid edərək qeyd edib ki, akademiyanın Tarix İnstitutu Qarabağ xanlığının ildönümünü heç yada salmayıb. 

Onun fikrincə, ən azından Şuşanın Bayat kəndinin tarixi ilə bağlı məlumatlar çatdırılmalıdır.

"Ancaq təəssüf edirəm ki, bizdə bunu da etmirlər. Qarşıdan Şuşanın 270 illiyi gəlir. Ancaq bu məsələ barədə məlumat yoxdur. Təklif edirəm ki, Şuşanın ildönümünü qeyd edək", - deyə A.Abbas əlavə edib.

Oxunma sayı 1400
Siyasət rubrikasından digər xəbərlər