AQTA-nın siyahısı daxili bazara necə təsir edib? - ARAŞDIRMA

16:20 18.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çində hər gün koronovirusa yoluxanların sayı durmadan artır. Aparılan araşdırmalar onu göstərir ki, bu virus insanlara heyvan mənşəli məhsullardan keçir. Bununla bağlı Azərbaycanda da yeni koronavirus xəstəliyindən qorunmaq üçün ölkə ərazisində aparılan mübarizə tədbirləri çərçivəsində AQTA tərəfindən “Yüksək patogenli quş qripi və koronovirus üzrə yüksək riskli məhsulların siyahısı” hazırlanıb.

Müxtəlif növlərə aid olan həmin məhsullardan: dəniz və ev heyvanları, quşlar, həmçinin heyvan mənşəli ət məhsulları daxildir.  İnfeksiya riski olan ölkələrdən isə Azərbaycana belə məhsulların idxalına qadağa qoyulub.

Maraqlıdır, bu siyahı açıqlandıqdan sonra yerli quş əti bazarında vəziyyət necədir? Hafta.az olaraq mağazalarda araşdırma apardıq.

Yolumuzu ilk olaraq “Bravo” marketdən saldıq. Marketin satıcısı dedi ki, yerli məhsullarla bərabər, xaricdən gəlmə məhsullar da var:

“Bəzi quş əti məhsulları Türkiyədən gətirilir. Səba, Şəfa, Mərcan, Hicaz, Şirvan - yerli məhsullarımızdır. İrandan gətirilən toyuq əti də var, amma onlar marketimizə gətirilmir. Həmin məhsuldan dönərxanalarda istifadə olunur. Bizdə Sazan, Şamayka balıq məhsulları da satılır. Bəzi balıq növləri isə Norveçdən gətirilir”. O həm də alıcı sayında heç bir azalma olmadığını bildirdi.

Başqa bir marketdə isə dedilər ki, dəniz və quş əti, eləcə də heyvan mənşəli məhsullarının satışında dəyişiklik yoxdur. Həmçinin məhsullar yerli bazardan gətirilir.

Professor, həkim Adil Qeybulla bizimlə söhbətində bildirdi ki, əgər belə məhsullarda virus daşıyıcısı aşkar olunubsa, həmin ölkədən gətirilən mallara mütləq qadağa qoyulmalıdır:

“Əslində bu karantin tədbirləri çərçivəsində atılan addımdır. Nə qədər ki, Koronovirus tam aradan qaldırılmayıb, Ümumidünya səhiyyə təşkilatının tövsiyələri ilə biz də konkret adımmlar atmalıyıq. Çünki infeksiyanın vaxtında lokallaşdırılması və qarşısının alınması üçün görülən tədbirlərdən biri ticari əlaqələrdir. Bu virusun yayılma şansını yaradır. Bu baxımdan qida maddələrin istənilən birində virusun aşkar olunması və onların istehsalı, yayılması, dövriyyəsi sisteminə ciddi nəzarət olunmalıdır. Ayrı-ayrı ölkələr də buna qadağa qoya bilər. Təbii ki, belə tədbirlər müvəqqətidir. Koronovirus yayılma meyilli olduğuna görə bu işə artıq Ümumidünya təşkilatının müvafiq sturukturları da qoşuldu və xeyli irəliləyişlər var. İnfeksiyaların geniş areala yayılmasının qarşısı alınmaq üzrədir. Digər tərəfədən də istilər düşdükcə bu infeksiya yoxa çıxacaq”.

Məsələnin iqtisadi tərəfini danışan ekspert Rauf Qarayev qeyd etdi ki, agentliyin fəaliyyətini müsbət qiymətləndirmirəm. Buna səbəb həmin təşkilatın işi ilə bağlı apardığım soruğulardır:

“Azərbaycanda quş ətinə tələb çoxdur. Çünki mal və ya qoyun əti almaq hər bir insanın büdcəsinə görə deyil. Bu səbəbdən əsasən yerli istehsala maraq daha böyükdür. Azərbaycan quş əti təminatında qismən idxaldan asılı ola bilər. Buna görə də mən inanmıram ki, bu virus quş əti ilə bura gəlsin. Ölkəyə də gətirilən məhsul donmuş halda olur. Virus da donmuş məhsulda aktiv olmur. Ölkə xaricdən gələn balıq, quş ətini yerli istehsalla qarşılayır. Ümumiyyətlə ölkədə kənd təsərüffat məhsullarının vergidən azad olunması və bu sahəyə diqqət daxili istehsal hesabına tələbatın ödənilməsinə şərait yaradır. Bundan başqa, kreditləşmə vasitəsilə bu sahəyə yardımlar edilməsi bir başa kənd təsərüfatının dirçəlməsinə yönəlib”.

Ekspert bundan əlavə qeyd etdi ki, Nazirlər Kabineti tərəfindən, 2 gün əvvəl bu virusla bağlı ölkədən çıxan bəzi tibb ləvazimatlarına qadağa qoyulub. Eləcə də Çindən ölkəyə gələn şəxslər də tibbi yoxlanışdan keçirilir. Bu o deməkdir ki, virusla bağlı ciddi profilaktiki işlər görülür.

Qida eksperti Ağa Salamov bildirdi ki, koronovirusun heyvan mənşəli məhsullardan keçməsi elmi təsdiqini tapmayıb:

“Yaponlar əvvəllərdə bu kimi məhsullardan istifadə edib. Təbii ki, bunun siyasi tərəfləri də var. Yəni günahı tək qidanın üstünə atmaq düzgün deyil. Düzdür, qadağan olunmuş qidalar var. Həmin qidaların tərkibində  natrit, nitrat yerləşir. Bu maddələri isə kolbasaya vururlar. Məsələn, Y-621-lə tanınan kod var ki, qulitamatdır və Çinlilər buna “Umami” adını qoyublar. Bu isə adamı iştaha gətirdiyi üçün 5-ci dad hesab edilir. Daha çox “fasfood” un tərkibinə qatılan çin duzudur. Bu qidaları yemək olar, amma zərərlidir”.

Şahnun Qasımova

Sosial rubrikasından digər xəbərlər