“Arsenal”ın bir futbolçusu koronavirusa yoluxub, üçü karantinə alınıb

18:00 22.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İngiltərə Premyer Liqasında daha bir futbolçu koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, bu dəfə London “Arsenal”ın oyunçusunun testi müsbət nəticələnib.

Hələlik futbolçunun adı açıqlanmır. Lakin onun iki komanda yoldaşı ilə təmasda olduğu müəyyənləşib. Hər üç oyunçu karantinə alınıb.

Qeyd edək ki, “Arsenal” iyunun 25-də “Sauthempton”la qarşılaşacaq.

Oxunma sayı 5465