Ata əsgərlikdən qayıdan oğluna yığıncaq təşkil etdiyi üçün cərimələnib - FOTO

17:21 04.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə övladının hərbi xidmətdən qayıtması ilə əlaqədar yığıncaq təşkil edən ata inzibati məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, ölkədə elan edilmiş karantin rejimi qaydalarının rayon ərazisində pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər nəticəsində Hacıhətəmli kənd sakini Ədalət Kərimovun öz həyətində məclis təşkil etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin məclis dayandırılıb və karantin qaydalarının pozulmasına görə, orada olan 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Oxunma sayı 3003
Sosial rubrikasından digər xəbərlər