Avtomobil piyadanı vuraraq öldürüb

23:08 19.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Rayon sakini Vəfadar adlı sürücü "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Ağdam rayonunun Qərvənd kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Zamiq Məhərrəm oğlunu vurub. Z.Əliyev Ağdam Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 2419