Avtomobil qaçırmaqda şübhəli bilinən paytaxt sakini saxlanılıb

15:58 12.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Xətai rayonunda avtomobil qaçırmaqla məşğul olan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində R.Mənsumova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılıb, daha bir nəfər isə müəyyənləşdirilib.

Araşdırmalar zamanı onların həmin nəqliyyat vasitəsinin hissələrini sökmələri və onu yandırmaları aşkarlanıb.

Faktla bağlı təhqiqat aparılır.

Oxunma sayı 2786