Avtomobildən 3 min manata yaxın qarət olub

10:59 08.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda avtomobil qarət olunub.

Hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib.

Qəsəbə sakini Ü. Vəliyevə məxsus “Toyata” markalı avtomobildən 325 manat pul, 1890 manat dəyərində video registrator, 700 manat dəyərində mobil telefon, eynək və geyim əşyaları oğurlanıb.

 
Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1983-cü il təvəllüdlü Məsud İbrahimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 1793