AZAL Ər-Riyaddan 83 vətəndaşımızı ölkəyə qaytarıb - FOTO

12:15 11.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 11-i şənbə günü Ər-Riyaddan Bakıya çarter reysi ilə 83 Azərbaycan vətəndaşlarını ölkəyə çatdırıb.

"Azerbaycan Hava Yolları" QSC-dən hafta.az-a verilən məlumata görə, yalnız reysdən əvvəl  48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Qeyd edək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

Oxunma sayı 2117
İqtisadiyyat rubrikasından digər xəbərlər