Azərbaycan çempionatının oyunları 1 dəqiqəlik sükutla başlayacaq

09:21 01.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Azərbaycan çempionatının oyunları 1 dəqiqəlik sükutla başlayacaq.

Hafta.az-ın məlumatına görə, bu barədə qərarı Peşəkar Futbol Liqası verib.

Buna səbəb Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsidir. Bu üzdən Premyer Liqa və I Divizion yarışlarının müvafiq olaraq XXV və XXIV turlarının matçları 1 dəqiqəlik sükutla başlayacaq.

Oxunma sayı 166