“Azərbaycan iqtisadiyyatı bu şərtlərə hələ  hazır deyil”

12:22 19.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Əvvəlcə onu qeyd edim ki, ölkədə kommersiya banklarının çox olması bank sektorunda rəqabət mühitinin inkişafına müsbət təsir edən amildir. Lakin vətəndaşlar bank sektorunda rəqabət mühitini aşkar formada hiss etmirlər. Bunun səbəbi bankların, yalnız istehlak kreditlərinin verilməsində maraqlı olmalarıdır”.

Bunu hafta.az-a açıqlamasında iqtisadçı ekspert Sənan Yahya deyib. Ekspert bildirib ki, müasir bank marketinq fəaliyyəti istehlakçıların tələbatlarını öyrənmək, tələbatların ödənilməsi istiqabətində biznes layihələrinin dəstəklənməsi, yeni müştərilərə sahib olmaqla paralel mövcud müştərilərə xidmət etmək, uzunmüddətli müştəri münasibətlərinin formalaşmasında innovasiyalar, araşdırma və  inkişaf proqramları xüsusi rol oynayır: “Lakin Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının çoxu uzunmüddətli müştəri münasibətlərinin formalaşdırılmasında, yalnız istehlak kreditlərinin verilməsi sahəsində meyillidirlər. Sizə Mərkəzi Bankın hesabatlarını təqdim etmək istəyirəm. Bu hesabatda deyilənlər öz əksini tapır.

Azərbaycan Respublikasında kreditlərin sahələr üzrə strukturu (mln manatla)

İllər

2010

2012

2013

2014

2015

2016

2017

2018

2019

Ev təsərrüfatları

2171.6

3085.2

6214.7

7731.8

8383.6

6734.6

5079.6

5319,6

6978,7

Sənaye və İstehsal

682.3

1297.6

1516.4

2027.8

1948.3

1366.7

905.5

706,6

872,6

Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı

Azərbaycan Respublikasında kommersiya bankları kredit verəndə hər şeydən əvvəl öz kredit resurslarının yerləşdirilməsinin səmərəliliyinin əsas tutmaları bazar qanunları ilə qiymətləndirdikdə müsbət hesab etmək olar. Müqayisəli təhlillər və müşahidələr onu göstərir ki, kommersiya banklarının strateji olmayan fəaliyyətləri ümumdövlət maraqları ilə  uzlaşmır. Kommersiya banklarının istehlak kreditləri vətəndaşların sərəncamında qalan gəlirlərlə uzlaşmadıqda makroiqtisadi balansa mənfi təsir edir. Misal üçün 2015-ci ildə Azərbaycan Respublikasında bir neçə bankın fəaliyyətinə xitam verilməsi zamanı ev təsərrüfatlarına verilən kreditlərlə (8383.6 mln manat) əhalinin maliyyə aktivlərinin yığımını (4609,7 mln manat) müqayisə edə bilərik. Fərq 3773,9 mln manat təşkil edir. 2019-cu ilədək bu tendesiya istehlak kretitləri xeyrinə inkişaf edib. Bu göstəriciləri nəzərə alaraq deyə bilərik ki, mərkəzi bank tərəfindən fəaliyyəti dayandırılan banklara göstərilən iradlar qəbul ediləndir”.

Sənan Yahyanın sözlərinə görə, Azərbaycan Respublikası neçə illərdir ki, Dünya Ticarət Təşkilatına üzvlük haqqında müzakirələr aparır. Dünya Ticarət Təşkilatının bir çox şərtləri vardır ki, Azərbaycan iqtisadiyyatı bu şərtlərə hələ  hazır deyil: “Bunlardan biri xarici bankların Azərbaycan iqtisadiyyatına sərbəst girişidir.  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev milli iqtisadi maraqların qorunması sahəsində prinsipiallıq nümayiş etdirir. Azərbaycan sahibkarlarının maraqlarını qoruyur. Lakin Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları bunu müsbət qiymətləndirmirlər.  Kommersiya bankları tərəfindən belə layihələrin maliyyələşməsi Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində maliyyələşdirilir. Milli iqtisadiyyatın inkişafı naminə sənaye və istehsal layihələrini müstəqil olaraq çox az bank maliyyələşdirir.  Onu da qeyd edim ki, kommersiya bankları yaranmış fürsətlərdən də faydalanmırlar. Bu fürsətlərdən biri Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır ki, Azərbaycan Respublikasında sosial-iqtisadi sahədə maarifləndirmə layihələrinin maliyyələşdirilməsində əsas donor mənbəyidir. Bildiyimiz kimi, 2020-ci ildə Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 26 dövlət təşkilatı ilə birgə qrant müsabiqəsi elan etmişdir. Hesab edirəm ki, kommersiya bankları Prezident Yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq edərək, biznes yönümlü maarifləndirmə layihələrini (Biznes plan) maliyyələşdirməkdə aktiv iştirak edə bilər.

Layihənin icrası şərt deyil ki, bir neçə regionu əhatə etsin. Bir rayonda layihənin sonunda 1 biznes plan  kommersiya bankı tərəfindən maliyyələşdirilərsə, ilkin mərhələlər üçün uğurlu hesab etmək olar.  Kommersiya bankları bu fəaliyyətləri ilə öz müştəri bazasını genişləndirəcək və uğurlu  piyar fəaliyyəti quracaqlar.  

Prezident Yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yeni rəqəmsal idarəetmə sistemilə (SƏLİS) bütün cəmiyyətə açıqdır. Lahiyələrin icrasının qiymətləndirilməsi və icrasını monitorinq etmək imkanları var. Düşünürəm ki, fəaliyyət göstərən çox az kommersiya banklarında Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə müqayisə oluna biləcək rəqəmsal idarəetmə forması mövcuddur. 

Sonda onu qeyd etmək istəyirəm ki, kommersiya banklarının Prezident Yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə əməkdaşlığı kommersiya maraqları ilə paralel  dövlət maraqlarına xidmət etmiş olacaqlar”.

Oxunma sayı 125