Azərbaycan işğaldan azad etdiyi ərazilərində normal həyat qurmağa başlayır

10:39 31.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili üçün müvəqqəti komendantlıqların yaradılması artıq həmin ərazilərdə normal həyat tərzinin qurulması üçün ciddi hazırlıqdır.

Bunu hafta.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Fərmanın tarixi əhəmiyyəti var.

O qeyd edib ki, Azərbaycan artıq işğaldan azad etdiyi ərazilərdə normal həyat qurmağa başlayır:

“Torpaqlarımızın işğaldan azad edilməsinə başlanıldığı gün uzaqda deyil, amma cəbhə xətti artıq Füzuli və Cəbrayıldan xeyli uzaqdadır. Azad edilmiş şəhər, kənd və qəsəbələrdə vaxtilə yaşayan vətəndaşlarımızın oraya qayıtması üçün şərait yaratmaq lazımdır. Bunun üçün komendatlıqlar yaradılır, inventarizasiya aparılacaq. Hər bir yaşayış məntəqəsi üzrə yaşayış evlərinin, kommunikasiyaların vəziyyətinin necə olması barədə dəqiq hesabat olmalıdır. Hesabatdan sonra oraya kommunikasiyaların çəkilməsinə başlanılacaq. Bütün bunların hamısı gündəmdə olan məsələlərdir. Eyni zamanda, həmin ərazilərdə təhlükəsizliyin qorunması, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının yaradılması və s. də komendantlıq qarşısında duran məsələlərdəndir”.

A.Mirzəzadənin fikrincə, aparılacaq hazırlıq işləri vətəndaşlarımızı qısa müddətdən sonra oraya köçməsinə imkan verəcək.

Oxunma sayı 521
Siyasət rubrikasından digər xəbərlər