Azərbaycan-Kipr oyununda qalib müəyyənləşməyib

23:51 13.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümü çərçivəsində keçirilən Azərbaycan-Kipr oyunu başa çatıb.

Hafta.az xəbər verir ki, Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda baş tutan oyunda hesab açılmayıb.

Bunadək qrupda keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, 2 dəfə məğlub olan yığmamız 3 xalla üçüncü pillədə qərarlaşıb. Kiprlilərin isə xalı yoxdur. Azərbaycan millisi yeganə qələbəsini ikinci turda səfərdə Kipr üzərində əldə edib - 1:0.

Oxunma sayı 1467