Azərbaycan millisinin oyununa təyin edilmiş erməni hakim dəyişdirilib

11:00 09.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Millətlər Liqasının Monteneqro – Azərbaycan matçının hakim-inspektoru dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, C liqasının 1-ci qrupunun III turunun görüşündə bu vəzifəni avstriyalı Stefan Messner yerinə yetirəcək.

UEFA öncədən qarşılaşmanın hakim-inspektoru kimi Fransa ermənisi Paskal Qaribyana təyinat vermişdi. Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda baş verənləri nəzərə almadan belə addım atan qitə futbol qurumu sonradan səhvini başa düşərək dəyişikliyi zəruri hesab edib.

Öncə Lüksemburq – Kipr matçına təyinat alan Messnerlə Monteneqro – Azərbaycan görüşündə iştirak etməli olan Qaribyanın yerləri dəyişdirib. Fransalı Lüksemburqa, avstriyalı Monteneqroya yollanıb.

Oktyabrın 10-da Podqoritsada keçiriləcək görüşə təyinat alan Messner Azərbaycana tanış simadır. AFFA-nın Hakimlər və Hakim-inspektorlar komitəsinin sədri Frits Ştuxlikin həmyerlisi 2007/08 mövsümündə Azərbaycan Premyer Liqasına dəvət olunub. O, hakim kimi 2008-ci il mayın 11-də keçirilən “Neftçi” – “Xəzər Lənkəran” görüşündə fit çalıb. Həmin “Böyük oyun”da qonaqlar qələbə qazanıb – 1:0.

Oxunma sayı 1739