Azərbaycan multikulturalizmi modeli örnəkdir - FOTO

16:39 20.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

19-20 noyabr tarixində BMT-nin Azlıqların Məsələlərinə dair Forumunun 13-cü sessiyası keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, “Nifrət çıxışı, sosial media və azlıqlar” mövzusuna həsr edilən tədbirdə BMT İnsan Hüquqları Şurasının prezidenti Elizabet Tiçi-Fisslberger, İnsan Hüquqları üzrə Ali Kommissarı Mişel Baçelet, Genosidin Qarşısının Alınması üzrə Xüsusi Müşaviri Pramila Patten, Azlıqların Məsələləri üzrə Xüsusi Məruzəçisi Fernand de Varennes və Forumun sədri Natalie Alkiviadou və digər beynəlxalq rəsmi şəxslər, alim və ekspertlər çıxış edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Rəhim Rəhimov sessiyanın “Sosial mediada azlıqları hədəfə alan nifrət çıxışının səbəbləri, miqyası və təsiri” mövzusundakı bölməsində “Hekayə quruculuğunun sosial mediada nifrət çıxışlarının səbəbi kimi” adlı çıxış edib. R.Rəhimov sosial mediada nifrət çıxışlarının sonda azlıqlara qarşı nifrət zəminində cinayətlərə yol açması ilə bağlı məsələlərdən söhbət açıb. Eyni zamanda bildirib ki, Azərbaycan Respublikasında multikulturalizm ənənələri ölkəmizdə əsrlərdən bəri formalaşan həyat tərzi olmaqla yanaşı, həm də dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi yüksək səviyyədə həyata keçirildiyi səbəbindən yuxarıda qeyd edilən neqativ halların qarşısı alınıb və Azərbaycanın multikulturalizm siyasəti çərçivəsində əldə etdiyi müsbət nəticələr digər ölkələr üçün də örnəkdir.

Oxunma sayı 4181