Azərbaycan nefti bahalaşdı

15:57 20.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 19-da 26,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,48 dollar/barel çoxdur.

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 24,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,54 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 18,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,09 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 24,12 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,13 dollar/barel çoxdur.

İqtisadiyyat rubrikasından digər xəbərlər