Azərbaycan nefti bahalaşır

14:28 17.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 16-da 42,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,78 dollar/barel çoxdur.

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,77 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 40,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,78 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 40,92 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,8 dollar/barel çoxdur.

Oxunma sayı 1360