Azərbaycan neftinin qiyməti 39 dollara düşüb

10:02 29.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Hafta.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,26 dollar ucuzlaşaraq 39,26 dollar təşkil edib.

Qeyd edək ki, “qara qızıl”ın qiyməti qlobal miqyasda koronavirusa yoluxma hallarındakı artımın neft tələbatının bərpa prosesini ləngitdiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

Oxunma sayı 617