Azərbaycan neftinin qiyməti 46 dolları ötüb

11:33 24.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan neftinin qiyməti bahalaşıb.

Hafta.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,50 dollar artaraq 46,28 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Oxunma sayı 688