Azərbaycan Tibb Universitetinə qəbul üçün plan yerlərinin sayı artıb

16:29 14.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il Azərbaycan Tibb Universitetinə qəbul üçün plan yerlərinin sayı artıb.

Hafta.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, 2019-cu ildə ATU-ya ayrılan plan yerlərinin sayı 785, bu il isə 975-dir. Bu il 190 plan yeri artırılıb.

M.Abbaszadə qeyd edib ki, IV qrupda 1609 subbakalavr var: “Müsabiqədə iştirak edənlərin sayı 5000-ə yaxındır. Bu qrupda da subbakalavrlar abituriyentlərə uduzurlar".

Oxunma sayı 1804