Azərbaycan və Türkiyə arasında yaxın zamanlarda 29 müqavilə imzalanacaq - Nazir

14:25 11.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan-Türkiyə arasında münasibətlər geniş sahələri əhatə edir.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu günədək iki ölkə arasında 241 müqavilə imzalanıb və onların icrası həyata keçirilir. Hazırda 29 əlavə müqavilələrə baxılır və yaxın zamanlarda onların imzalanması baş tutacaq. Bütün sahələrdə dinamik inkişaf gedir. Təkcə 2020-ci ilin ilk 5 ayında ticarət dövriyyəmiz əlavə olaraq 20 faiz artıb.

Oxunma sayı 2155
Siyasət rubrikasından digər xəbərlər