Azərbaycan zəfər çalaraq tarixdə yeni səhifə açdı - Allahşükür Paşazadə

14:24 04.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu zəfər çalaraq tarixdə yeni səhifə açdı.

Hafta.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Heydər məscidində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş vəhdət namazından sonra jurnalistlərə deyib.

A.Paşazadə bildirib ki, Azərbaycan xalqına bu qüruru bəxş edən Ali Baş Komandan İlham Əliyev və müzəffər Ordumuz, şəhidlərimizdir:

“Xalqımız xoşbəxt xalqlardan biridir. Bu qələbənin memarı isə Heydər Əliyevdir. 1993-cü ildə Azərbaycan xalqı Heydər Əliyevə üz tutaraq onu dəvət etdi. Azərbaycanın ordusu, siyasəti çox zəif idi, bizim Heydər Əliyevə böyük ehtiyacımız vardı. Heydər Əliyev müstəqil Azərbaycanı yenidən qurdu”.

Oxunma sayı 2184
Siyasət rubrikasından digər xəbərlər