Azərbaycanda baş həkim müalicə üçün xaricə getdi – Günün təzadları

18:19 09.01.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovun səhhətində ciddi problem yarandı.

Hafta.az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, baş toksikoloq hipertonik kriz (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) keçirib.

Bu səbəbdən də A.Maqsudov müalicə almaq üçün xarici ölkələrdən birinə gedib.

 

General Süleymanini erməninin öldürməsi haqda xəbər yayıldı

İsrailin erməniyönlü politoloqu Aviqdor Eskin ABŞ Hərbi Hava Qüvvələrinin generalı Cefri Xaricyana Qasım Süleymaninin qətlinə görə təşəkkür etdi.

Hafta.az xəbər verir ki, Axar.az-ın yazdığına görə, bu məlumatı “Analitik.am” saytı yayıb.

“ABŞ ordusunun generalı Cefri Xaricyana Süleymaninin məhvi əməliyyatındakı roluna görə xüsusi minnətdarlıq düşür”, – Eskin qeyd edib.

Qeyd edək ki, erməni mediası bu iddianı yalanlamaq üçün bütün vasitələrdən istifadə edir.

 

Papa hamının gözü qarşısında qadını öpdü

Bir neçə gün əvvəl hərəkət edərkən onu çəkən bir xanıma əsəbləşən Roma Papası Fransisk onun əlindən vuraraq diqqətləri üzərinə çəkmişdi. 

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki,“Haber Global”-ın yaydığı məlumata görə,  katoliklərin ali dini lideri bu dəfə də qadınlarla bağlı gündəmə gəlib. 

Papa əvvəlkindən fərqli olaraq qadını öpməsi ilə diqqət mərkəzində olub. 

Öpməmişdən əvvəl ikili arasında baş tutan dialoq isə maraqla qarşılanıb.  

 

Putin Səlahəddin Əyyubinin məzarını ziyarət etdi

Rusiya prezidenti Vladimir Putin 9 illik fasiələdən sonra Suriyanın paytaxtı Dəməşqə səfər etdi.

Hafta.az-ın yazdığına görə, BAKU.WS xəbər verir ki, Vladimir Putin Dəməşqdə suriyalı həmkarı Bəşər əsədlə görüşüb.

Görüşdən sonra Putin böyük müsəlman hökmdar və sərkərdə Salahəddin Əyyubinin Dəməşqdə yerləşən məbədini ziyarət edib.

Qeyd edək ki, Səlahəddin Əyyubi 1187-ci il oktyabrın 2-sində Qüdsü səlibçilərdən azad edərək 88 il sürmüş xristian ağalığına son qoymuş və avropalıların III xaç yürüşünü dəf etmişdi. Səlahəddin müsəlman mədəniyyətinin qəhrəmanı hesab olunur.

 

Müsəlmanlar Avstraliyadakı yanğınsöndürənlərə köməyə getdi

Avstraliyada bir qrup təşəbbüskar müsəlman yanğınsöndürənlərə hər cür dəstək vermək üçün fəlakətli meşə yanğınlarından əziyyət çəkən regiona yollandı. 

Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, “Daily Mail Australia” nəşrinin yaydığı məlumata görə,  Nyuport şəhərindəki İslam Cəmiyyətinin üzvləri meşədəki yanğını söndürməyə çalışan yanğınsöndürənlər üçün isti yemək bişirmək  və s. mümkün dəstəklərdən ötrü Consonvillə yollanıblar. 

Son bir həftədir ki, cəsur yanğınsöndürənlər Şərqi Gippslenddə təbii fəlakətlə üzləşərək böyük risk altında çalışırlar. 

"Onların nə qədər yorğun və əzgin olduqlarını  görəndə duyğularımız bizi kövrəltdi. Ən az edə biləcəyimiz şey yanğınsöndürənləri qidalandırmaq və onlar üçün dua etməkdir" –deyə müsəlman könüllü Loğman əl-Kurdi söyləyib.

Bundan əlavə,  müsəlman könüllülər özləri ilə bölgədəki yanğın qurbanlarına paylamaq üçün ən vacib gündəlik ləvazimat və ərzaqlardan ibarət 5 yük maşını da gətirib.

 

Dünyaca məşhur pop ulduz ağır xəstəliyə tutuldu

Dünya şöhrətli müğənni Castin Biberin ağır xəstəliyə düçar olduğu haqqında informasiyalar yayıldı.

Hafta.az  Musavat.com-a istinadla xəbər verir ki, “TMZ” portalının əməkdaşları pop ulduz haqda filmi premyeradan öncə izlədikdən sonra Castinin “Layma” (red: dəri, sinir və ürək-damar sisteminin zədələnməsi ilə özünü büruzə verən yoluxucu xəstəlik) adlı infeksion xəstəliyə tutulduğu qənaətinə gəliblər.

Keçən il həkimlər Castinə bu xəstəliyin diaqnozunu qoyublar. Həkimlər uzun müddət onun səhhətində yaranmış problemlərin hansı səbəbdən baş verdiyini anlaya bilmirdilər. Hazırda isə məşhur müalicə alır.

Pop ulduzun qəbul etdiyi dərmanlardan biri onun orqanizminə düşmədiyi üçün bədənini “Akne” adlı sızanaqlar bürümüşdü. Ulduzun üzündə sızanaqların çoxalmasını isə üzə çıxaran onu qarabaqara izləyən paparasilər olub.

Biber xəstəliyi ilə bağlı nikbindir. O, yaxınlarda yeni albom və turun təqdimatından sonra həyat yoldaşı Heyli ilə uşaq sahibi olacağını bildirib

Oxunma sayı