Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

17:48 03.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda 583 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə hafta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər isə vəfat edib.

İndiyədək 235 nəfər bu virusdan dünyasını dəyişib, 10 820 nəfər sağalıb. Hazırda 59 nəfər süni tənəffüs aparatına qoşulub.

Ötən müddət ərzində 502 min 965 test aparılıb. Bugünkü test sayı isə 7137-dir.

Oxunma sayı 2765