Azərbaycanda daha üç həkim koronavirusa yoluxdu

18:50 08.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda daha üç həkim koronavirusa yoluxub.

 

Hafta.az-ın məlumatına görə, Bərdə Müalicə Diaqnostika Mərkəzinin həkimlərinin koronavirus testinin nəticəsi müsbət çıxıb.

 

Onlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.  

 

Xəstəxananın baş həkimi İftixar Zeynalov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda Bərdədəki mərkəzin iki əməkdaşı burada müalicə alır:

 

“Bərdə Müalicə Diaqnostika Mərkəzindən üç nəfər buraya gətirilmişdi. Bir nəfər artıq evə buraxılıb. İki nəfərin isə vəziyyətli qənaətbəxşdir”.

 

Qeyd edək ki, Bərdə xəstəxanalarından ümumilikdə altı tibb işçisi COVID-19-a yoluxub.

Oxunma sayı 2755