Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

21:39 02.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6 727 nəfər test edilib.

TƏBİB-dən hafta.az-a verilən məlumata görə, indiyədək ölkədə 738 963 nəfər koronavirusa qarşı test edilib.

Qeyd edək ki, indiyədək ölkəmizdə 32 443 nəfər virusa yoluxub, 462 nəfər ölüb, 27 113 nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 4 868  nəfərdir.

Məlumata görə, hazırda reanimasiyada 272 nəfər müalicə alır, 62 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Oxunma sayı 2590