Azərbaycanda koronovirusdan həyatını itirənlərin 15 nəfəri 60-69 yaş arasında olan vətəndaşlardır

18:55 22.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronovirusdan həyatını itirənlərin 15 nəfəri 60-69, 13 nəfəri 50-59, 11 nəfəri 70-79 yaş arasında, 5 nəfəri isə 80 yaşdan yuxarı vətəndaşlarda qeydə alınıb. 40-49 yaş qrupunda ölənlərin sayı iki nəfərdir. Aşağı yaş qruplarında vəfat edənlərin çoxu yanaşı gedən ağır xəstəliklərdən əziyyət çəkirdilər.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, Azərbaycanda koronavirusa yoluxma hallarında sağalanların yaş qrupları üzrə və cins bölgüsündə əvvəlki həftə ilə müqayisədə dəyişiklik qeydə alınmayıb.

Oxunma sayı 376