Azərbaycanda nazir müavini metroda göürüntüləndi – Günün təzadları  

18:28 02.03.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayevin ictimai nəqliyyatdan istifadə etdiyi bəlli oldu. Hafta.az xəbər verir ki, bu haqda Oxu.az məlumat və foto-görüntülər yayıb. Ş.Abdullayev həftənin iki günü metrodan istifadəyə üstünlük verir. Xatırladaq ki, o, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli sərəncamı ilə bu vəzifəyə təyinat alıb. Qeyd edək ki, Azərbaycanda çox az sayda məmur ictimai nəqliyyat vasitəsində istifadə edir.

 

Sovet generalı avtomobilin altında qalıb öldü

Sovet generalı Vladimir Şuralyov Rusiyanın paytaxtında baş vermiş yol-nəqliyyat hadisəsində öldü. Hafta.az Musavat.com-a istinadla yazır ki, bu barədə “REN TV” xəbər yayıb. Bildirilir ki, müşahidə kameraları hadisə baş verən anın görüntülərini qeydə alıb. Kadrlarda görünür ki, general hərəkət edən furqonlu maşının altında qalıb. V.Şuralyov dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək olmayıb. Qəza ilə bağlı cinayət işi açılıb. Aprelin 3-də generalın 85 yaşı olacaqdı.

 

Türk qırıcıları İdlib üzərində ürək rəsmi çəkdi

Türkiyənin “F-16” qırıcıları Suriya  səmasında nəhəng bir ürək  şəkli cızdı. Hafta.az xəbər verir ki, bu haqda suriyalı bloger Əl Mürid yazıb. “Türklər onsuz da açıq-aşkar istehza edir, tapşırıqdan qayıdarkən İdlib üzərində ürək cızırlar. Suriya üzərindəki qapadılmış səma onları narahat etmir. Göründüyü kimi, "milçək uçmayacaq" deyimi artıq keçmişdədir. Başqa bir şey icad etməliyik"- deyə bloger yazıb. Xatırladaq ki, Suriya hakimiyyətinin İdlib əyaləti üzərindən uçuşların qadağan edilməsi barədə qərar verdiyi bildirilib. Tədbir Türkiyə hərbçilərinin güc tətbiq etməsinə cavabdır: dünən  türk hərbçiləri - martın 1-də Suriya Hərbi Hava Qüvvələrinə məxsus  iki  “Su-24” təyyarəsini vurublar.

 

Nazirlər Kabinetinin əməkdaşı küləkli havada öldü

Martın 1-i saat 17:00 radələrində Bakının Pirşağı qəsəbəsində bədbəxt hadisə qeydə alındı. Hafta.az xəbər verir ki,  bu haqda “SPACE TV” reportaj yayımlayıb.   Təbii fəlakət nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün Həsənov İsmət Məhəmməd oğlu dünyasını dəyşib. Mərhumun yaxını bildirib ki, yuxarıda qeyd edilən saatlarda İsmət Həsənov şəxsi avtomobili ilə evinə dönüb. O, darvazanı açıb və avtomobili həyətə salıb.  Sonra darvazanı bağlamaq istəyərkən güclü külək darvazanı və barını onun üstünə yıxıb. İsmət Həsənov hadisə yerindəcə keçinib. Qeyd edilir ki, əslən Kəlbəcərdən məcburi köçkün olan İsmət Həsənov torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Bütün tanıyanlar onu çox Vətənpərvər, səmimi, xeyirxah, hər kəsin işinə yarayan, sadə bir insan kimi xarakterizə edir. İsmət Həsənov Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin Nəqliyyat Xidməti Şöbəsində sürücü işləyib.

 

Rus deputat rəsmən müsəlman oldu

Ufa(Başqırdıstan paytaxtı) şəhər məclisinin deputatı və eyni zamanda populyar bloger olan Yuliya Romançeva İslamı qəbul etdiyini rəsmi şəkildə bəyan etmək üçün Çeçenistan paytaxtı Qroznıya uçub gəldi. Hafta.az Rusiya mediasına istinadla  xəbər verir ki, bu barədə “Çeçnya seqodnya” ("Çeçenistan bu gün") nəşri məlumat yayıb. Rus deputat Çeçenistan Respublikası Müsəlmanları Ruhani İdarəsinin(MRİ) divarları arasında şəhadət gətirərək müsəlman olub. “Yuliya Nikolaevna İslamın gözəlliyini, dinin saflığını ürəkdən dərk edib. Yuliya Nikolaevna Çeçenistan Respublikasına tez-tez qonaq gəlir, xeyirxah əməllərinə görə  o, burada sevilir və  ona hörmət bəslənilir"- deyə Çeçenistan Respublikası MRİ-nin mətbuat xidməti məlumat yayıb. Romançevaya İslama aid kitablar hədiyyə edilib.  Rus deputat Çeçenistan MRİ rəhbəri, müfti Salah-Hacı Meciyevə göstərdiyi diqqətə və doğru yola qədəm qoymasında verdiyi dəstəyə  görə təşəkkürünü bildirib.

 

Koronavirus məşhur turizm mərkəzini boş qoydu

Çində ortaya çıxan yeni növ koronavirus epidemiyasının sürətlə yayılması turizm sənayesinə də mənfi təsir etdi. Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, İtaliyanın sevimli turizm məkanlarından biri olan Venesiya koronavirus hadisələrindən sonra boş qalıb. Virusun yaratdığı qorxu nəticəsində turistlər şəhərə gəlməkdən imtina edib. Beləliklə, ölkənin turuzm sənayesində durğunluq baş verib.