Azərbaycanda yeni medal təsis edilir

14:29 30.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda yeni medal təsis edilir.

Hafta.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının orden və medallarının təsdiq edilməsi haqqında qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.

Oxunma sayı 113
Siyasət rubrikasından digər xəbərlər