Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqlənib

11:38 18.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqlənib.
 

Hafta.az xəbər verir ki, bunu İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Aynurə Asimqızı verib.

O bildirib ki, gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində Azərbaycan da iştirak edəcək.

18, 20 və 22 may tarixlərində Rotterdamda keçiriləcək "Avroviziya-2021" mahnı müsabiqəsində ölkəmizi Efendi təmsil edəcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya"nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

“Avroviziya-2021” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.

Oxunma sayı 1784
Mədəniyyət rubrikasından digər xəbərlər