Azərbaycanın bir sıra ölkələrlə sazişləri təsdiq edildi

13:48 30.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan hökuməti ilə bir sıra ölkələr arasında imzalanmış sazişlər Milli Məclis tərəfindən təsdiq edilib.

Hafta.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının və Türkmənistanın rabitə operatorları tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müstərək fəaliyyətin təşkili haqqında" Sazişin, 2012-ci il 27 aprel tarixində Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"ə Əlavə Protokolun, "Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında pensiya təminatı haqqında" Sazişin və "Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında" Sazişin təsdiq edilməsi məsələsi müzakirə edilib.

Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul olunub.

Oxunma sayı 115
Siyasət rubrikasından digər xəbərlər