Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti uzadıldı

13:00 25.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

Qeyd edək ki, bundan əvvəl 12 mart 2020-ci il tarixindən etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədləri məhdudlaşdırıcı rejim əsasında bağlanmışdı.

Oxunma sayı 128